EN

Rusiya Makronu hədələdi: Bu cinayətdə əli var

Moskvada Fransa prezidenti Emmanuel Makronun Kiyev cinayətlərində şərik olduğu barədə məlumat var.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.

“Bu cür siyasi xadimlərə ittiham irəli sürülməsi məqbuldur, çünki Makron bəyanatları səviyyəsində "napoleonçu" yanaşmalarını nümayiş etdirmək üçün ciddi addımlar atır, Rusiya ərazisində eskalasiyaya səbəb olmağa çalışır”, - diplomat bildirib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada təlimatçı və ya muzdlu kimi fəaliyyət göstərən fransız hərbçilərinin Rusiya üçün qanuni hədəf olduğunu bildirmişdi. Onun sözlərinə görə, Fransa hərbçilərinin artıq Ukraynada işlədiyinə inanmağa əsasları var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
publika.az

1Sources