EN

Spalletti: “AÇ-də çempion qismində iştirakımız bir üstünlükdür”

İtaliya yığmasının baş məşqçisi Luçano Spalletti “skuadra adzurra”nın AÇ-2024-dəki çıxışı öncəsi gözləntilərini paylaşıb.

Arena.az “Football Italia” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edri:

“Məncə, yarışda cari çempion kimi iştirak etmək – üstünlükdür. Dərhal başa düşməliyik ki, biz özümüzü cari çempionlar kimi aparmalıyıq. İtaliya ölkəmizi təmsil etmək üçün bizi seçdi, ancaq oyunlar zamanı tapşırığın öhdəsindən gəlib-gəlmədiyimizi görəcəyik.

Müəyyən mənada biz xarici dünya ilə deyil, özümüzlə qarşı-qarşıya dururuq. Biz nədən ibarət olduğumuzu, içimizdə nə olduğunu göstərməliyik”, deyə Spalletti vurğulayıb.

2024-cü il Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyanın 10 şəhərində baş tutacaq.

İtaliya yığması mötəbər yarışda “B” qrupunda Xorvatiya, İspaniya və Albaniya yığmaları ilə mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
115
arena.az

1Sources