EN

İrandan Azərbaycan səfirliyi ilə bağlı yeni AÇIQLAMA

Azərbaycanın İrandakı səfirliyinin diplomatik missiyasının yenidən başlaması üçün təxmini zaman müəyyənləşib.

Redaktor.az xəbər verir ki, bu iddia ilə iyunun 10-da İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Tehranda keçirilən mətbuat konfransında çıxış edib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın Tehrandakı səfirliyinin diplomatik fəaliyyətinin yenidən başlanması üçün hazırlıq işləri görülməkdədir.

Xatırladaq ki, 27 yanvar 2023 tarixdə Azərbaycanın İrandakı səfirliyinə qarşı terror aktı törədilib. Terror aktı nəticəsində Səfirliyin bir diplomatı şəhid olub, 2 diplomatı isə yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
111
2
redaktor.az

3Sources