Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Peter Kazimir bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, Kazimirin sözlərinə görə, AMB inflyasiya canavarını hələ məğlub etməyib və buna görə də, yeni faiz endirimi üçün sentyabr ayını gözləməli olacaqlar.

Kazimir, sentyabr ayının faiz qərarı üçün kritik olacağını qeyd edib.

Slovakiya Mərkəzi Bankının sədri vəzifəsini də icra edən Kazimir bildirib ki, iqtisadiyyatdakı qiymət risklərini dəyərləndirmək üçün daha çox məlumat və zamana ehtiyac var:

“Tələsmək üçün heç bir səbəbimiz yoxdur. Yeni proqnozların açıqlanacağı sentyabr ayı kritik olacaq. Düşünürəm ki, bu, öz mövqeyimizi gözdən keçirmək üçün ən doğru zamanıdır”.