EN

 "Hamster Kombat" oyunu dələduz şəbəkəyə məxsusdur? - İzah

Son zamanlar "Telegram" üzərindən oynanılan "Hamster Kombat" oyunu dünyaya sürətlə yayılıb. Bəzi vətəndaşlar bu oyunu dələduzluqla əlaqələndirsə də, oyuna marağı artanlar sayı da az deyil.

Bakıvaxtı.az xəbər verir ki, "Hamster Kombat" oyunu ilə bağlı texnobloqqer Fərid Pərdəşünas öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, sözügedən oyun skam, yəni dələduzluq deyil. Bundan başqa, şəbəkə marketinqi kimi qatılımçıların pulları əsasında büdcə formalaşdırmır. Bu mənada insanlar məlum oyunu rahatlıqla oynaya bilərlər:

"Oyun "Airdrop" məntiqinə əsaslanır. Bunu kriptovalyuta ilə məşğul olanlar yaxşı bilir. Yəni çox sayda istifadəçi cəlb edilir. Oyunda virtual pullar yaranır, daha sonra həmin virtual pul birjaya çıxıb real dəyər qazananda iştirakçıların bir qismi  arasında paylanır. Əgər "Airdrop" və kriptovalyuta anlayışlarından xəbəriniz yoxdursa, bu oyuna girməyi məsləhət görməzdim. Nə elədiyinizi heç özünüz də bilməyəcəksiniz". 

F. Pərdəşünas qeyd edib ki, oyun "Telegram"ın TON zəncirinə bağlıdır və məntiq ekrana toxunmaqla valyuta yaradıb daha sonra həmin virtual valyutalardan yeni qazanclar əldə etməkdir. 

"Oyun hazırda istifadəçidən hər hansısa məbləğdə investisiya tələb etmir. Oyunun nə qədər "Airdrop" verəcəyi və sizə nə qədər düşəcəyi də məlum deyil. İstifadəçi sayı 100 milyonu keçdiyindən gəlirin az olacağı təxmin edilir. Burada yığdığınız virtual pullarla milyoner olmayacaqsanız. Amma bundan əvvəlki belə oyunlarda 100-800 dollar arası "Airdrop" yığan dostlarım olub".- deyə texnobloger vurğulayıb.

Pərdəşünasa görə,  "Airdrop" yığmaq istəyirsinizsə, tək bu oyunla yox, bir çox kriptovalyuta layihəsini izləyib, davamlı yığmaq məsləhətdir. Bu halda qazanc əldə etmək daha məntiqli olur:

"Bu məntiqi tam anlamadan, digər dələduzluq layihələrinə aldana bilərsiniz. Pula həvəslənib, oyundan və bu tipli "Airdrop"lardan anlayışı olmadan yatırım etməyi məsləhət görümürəm. Çünki, çox sayda skamlar da var". 

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
86
bakivaxti.az

1Sources