EN

Qəzzaya müvəqqəti limandan gələn yardım dayandırılır

Birləşmiş Millətlər təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn Qəzzadakı müvəqqəti limandan humanitar yardımın "təhlükəsizliklə bağlı narahatlıqlar" səbəbilə dayandırıldığını açıqlayıb. Manset.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordusunun 4 məhbusu xilas etmək üçün Nuseyratda həyata keçirdiyi əməliyyatlar zamanı Ümumdünya ərzaq proqramına aid iki anbarın raketlərlə hədəf alındığını bildirən Makkeyn: - "Hələlik geri addım atdıq. Təhlükəsizlik şərtlərinin təmin olunduğundan əmin olmaq istəyirik", - deyə vurğulayıb. 

Qeyd edək ki, Qəzzanın digər bölgələrində Makkeyn fəaliyyətini davam etdirir.   

Fidan Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
100
manset.az

1Sources