EN

Orta Dəhliz "yaşıl" dəhlizə çevriləndə cəlbediciliyi daha da artacaq - Taleh Ziyadov

Bakı. Trend:

Orta Dəhliz "yaşıl" dəhlizə çevriləndə cəlbediciliyi daha daartacaq, belə ki, Asiyadan Avropaya və əks istiqamətdə bu marşrutlakonteyner daşımalarına bir sıra vergilər tətbiq olunmayacaq.

Trend xəbərverir ki, bu barədə BBDTL-in baş direktoru Taleh Ziyadovjurnalistlərə deyib.

"Limanımıza artıq BMT-nin Beynəlxalq Dəniz Təşkilatı tərəfindən"yaşıl liman" sertifikatı verilib. Bu, Orta Dəhlizin "yaşıl"statusunun inkişafı üçün də müsbət haldır. Gələcəkdə konteynerlərinqitələrarası ticarətdə hansı təchizat zəncirindən keçdiyi nəzərəalınacaq. Orta Dəhliz "yaşıl" olanda isə bir çox şirkətlər onaüstünlük verəcək", - deyə o bildirib.

Qeyd edək ki, Orta Dəhliz Çin və Aİ ölkələrininin konteynerlərlədəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz,Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi vəQara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan,Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri iləbirləşdirir.

Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də, Avropa ölkələrinə və əksistiqamətdə yük axınının artmasına səbəb olur.

Bu dəhlizlə hərəkət edən qatarlar yükləri Çindən Avropaya ortahesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyatdəhlizinin əsas üstünlüklərindən biridir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
2
az.trend.az

3Sources