EN

Yeni müharibə dəhşətləri: Səngərə zəncirləndilər

"Ukrayna Silahlı Qüvvələrində qəddarlığın dərəcəsi son həddinə çatıb. Qəddarlıqlar sadəcə indi sərhəd tanımır".

News365.az xəbər verir ki, bu barədə "Arqumentı i Faktı" qəzeti məlumat yayıb. Nəşr yazır ki, cəbhədə döyüşməkdən imtina edən ukraynalı çağırışçılar meşə zolaqlarında ucqar postlara aparılır, səngərlərə salınaraq silahları ilə birgə zəncirlənərək müəyyən mənadə ölümə məhkum edilirlər.

“Voennoe delo" Telegram kanalında yeni ələ keçirilən Ukrayna postunda əsgərlərimiz tərəfindən lentə alınan qorxunc kadrlar yayımlanıb. Hətta təcrübəli hücum bölüyüü əsgərlərimiz belə gördüklərindən şoka düşüblər. Səngərin dibində zəncirlənmiş Ukrayna Silahlı Qüvvələrinin əsgərləri uzanıblar. Amma onlar hələ də sağimişlər. Əsgərlərimiz Ukrayna hərbçisinin həyatını xilas etmək üçün sanitar və təxliyə tələb edirb", - nəşr yazıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural

News365.az 


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
news365.az

1Sources