EN

Makronun tərəfdarları onun qərarından narazıdırlar

Makronun

Paris, 10 iyun, AZƏRTAC

Emmanuel Makron Avropa seçkilərində partiyasının iflasından sonra Milli Assmableyanın buraxıldığını elan etdi. Ancaq Fransa Prezidentinin elə öz tərfdarları bu qərarın yanlış olduğunu bildirdilər. Prezident partiyasının tərəfdarları narahatlıqlarını bu ifadə ilə ediblər. “Qorxuram ki, Şirakın etdiyi axmaqlığı etdi”.

AZƏRTAC xəbər verir ki, iyunun 9-da keçirilən Avropa seçkilərindən sonra Makronun “Renaissance” partiyasının mənzil qərargahında seçkilərdə “qazanılan” biabırçı səs faizinin şokunu yaşayan partiya tərəfdarları Milli Assambleyanın buraxılması şokunu yaşayıblar. Makronun tərəfdarları belə onun qərarını çox narahatlıqla qarşılayıb, bunun anlaşılmaz olduğunu deyiblər.

Makronun məsləhətçilərindən birinin yerli mətbuata açıqlamasında “O dəlidir” dediyi bildirilir. “Renaissance” partiyasının bəzi fəalları Makronun Şirakın etdiyi “axmaqlığı” təkrarlamasından qorxduqlarını qeyd ediblər. Makronistlərin özləri bu qərarın çox fəlakətli və təhlükəli olması ilə bağlı narahatlıqlarını gizlətməyiblər.

Bildirilir ki, iyunun 30-da və iyulun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl “Renaissance” partiyasının mənzil-qərargahında məğlubiyyət qoxusu hiss olunur.

Milli Assambleyanın Prezidenti Y. Braun-Pivet isə Assambleyanın buraxılması ilə bağlı qeyd edib ki, başqa bir yol - koalisiya yolu, hökumət paktının yolu var idi.

Xatırladaq ki, iyunun 9-da Avropa seçkilərində mütləq iflasından sonra Emmanuel Makron "Mən fransız xalqının özü və gələcək nəsillər üçün ən ədalətli seçim etmək qabiliyyətinə inanıram" deyərək Milli Assambleyanın buraxıldığını elan edib. İyunun 30-da Fransa Milli Assambleyasına seçkilərin birinci turu, iyulun 7-də isə ikinci turu keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
95
1
azertag.az

2Sources