EN

Bakı-Quba yolunda ağır qəza: Ölən və yaralananlar var

Bakı-Quba yolunun Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, “Toyota” markalı minik avtomobili yolda hərəkətdə olan zaman “Shacman”a çırpılıb.

Belə ki, qəza nəticəsində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Pərvanə Quliyeva hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Daha dörd nəfər – 2015-ci il təvəllüdlü Fidan Məmmədova, 1995-ci il təvəllüdlü Nigar Məmmədova, 2008-ci il təvəllüdlü Nərmin Quliyeva, 2013-cü il təvəllüdlü Ahu Quliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Chosen
1213
16
medianews.az

10Sources