EN

Millimizə ispaniyalı baş məşqçi təyin olundu

Azərbaycanın 20 yaşadək basketbolçulardan ibarət millisində (U-20) yeni məşqçi təyinatları reallaşıb.

Prosport.Az xəbər verir ki, U-20 yığmasının baş məşqçi postuna əsas millidə Tahir Baxşıyevin köməkçisi olan ispaniyalı mütəxəssis Alberto Blanko gətirilib. Onun 1-ci köməkçisi Zaur Paşayev, 2-ci köməkçisi isə Anar Hacıyev olub.

Qeyd edək ki, milli komanda iyulun 12-21-də Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunda mübarizə aparacaq. İspaniyalı mütəxəssisin planlarında turnirə hazırlıq məqsədi daşıyan bir neçə təlim-məşq toplanışının keçirilməsi də yer alıb.

Chosen
101
4
prosport.az

10Sources