EN

Samir Məmmədov: "Azərbaycanda şirkətlər dayanıqlığa sərf edilən vəsaitlərə sərmayə kimi baxmalıdır"

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) Azərbaycanda özəl sektor bir tədbir kimi deyil, bir növ gündəlik kimi qəbul etməlidir.

"Report" xəbər verir ki, bunu BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov bu gün "Azercell Telecom" MMC-nin "Dayanıqlı inkişaf: çağırışlar və həllər" mövzusunda keçirilən tədbirində deyib.

Onun sözlərinə görə, gördüklərimizi və deyəcəklərimizi artıq bu gündən etməyə başlamalıyıq.

"Bu gün iri şirkətlərin məsuliyyəti tək özlərinin dayanıqlı olması deyil, həm də dəyər zəncirinə göstərilən təsirindən ibarətdir. Dəyər zənciri istər müştərilərə və ya potensial müştərilərinə verə biləcəyi dəstəkdən, istər təchizatçılarına olan dəstəkdən ibarətdir. Kiçik və orta biznesdən danışanda onların bu istiqamətdə sərmayə etməsi çətindir. Ona görə iri şirkətlər onlara dəstək olaraq irəli getmələrini təmin edə bilərlər", - deyə o qeyd edib.

S. Məmmədov dayanıqlılıq məsələrinin fəsadlarının artıq bu gün üzə çıxdığını diqqətə çatdırıb: "Biznes üçün bu ritorikanı bəyənən və dəstəkləyən də bunu etməyənlər də var. Bununla belə biznes üçün dayanıqlılıq sentimental məsələ deyil. Strateji olaraq sentimental ola bilər bəlkə də, ancaq faktiki olaraq bu bir birmənalı şəkildə kommersiya məsələsidir. Çünki biz əgər dayanıqlılıq məsələsinə bir növ xərclərin artırılması bucağından baxırıqsa onda həmin istiqamətdə atacağınız addımlar özü özlüyündə dayanıqlı olmayacaq. Bu baxımdan dayanıqlığa sərf edilən vəsaitlərə xərc kimi deyil sərmayə kimi baxılmalıdır".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
1
report.az

2Sources