EN

Azərbaycanın basketbol millisinin yeni baş məşqçisi məlum olub

Azərbaycanın gənc basketbolçulardan (U-20) ibarət millisinin yeni baş məşqçisi müəyyənləşib.



Komanda.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, U-20 yığmamızın baş məşqçi postuna əsas millidə Tahir Baxşıyevin köməkçisi, ispaniyalı mütəxəssis Alberto Blanko gətirilib. Onun yanında işləyəcək birinci köməkçi məşqçi Zaur Paşayev, ikinci köməkçi məşqçi isə Anar Hacıyev olub.



20 yaşlı oğlan basketbolçulardan ibarət millimiz 12-21 iyul tarixlərində Rumıniyanın Piteşti şəhərində baş tutacaq Avropa çempionatının B divizionunda yarışacaq. İspaniyalı mütəxəssisin planlarında Avropa çempionatına hazırlıq məqsədi daşıyan bir neçə təlim-məşq toplanışının keçirilməsi də yer alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAzərbaycan Basketbol Federasiyası

Chosen
94
11
komanda.az

10Sources