EN

Azərbaycan beynəlxalq multi-idman tədbirində 11 növdə təmsil olunacaq

Azərbaycan

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 11-dən 24-dək Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman tədbiri keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, oyunların açılışı iyunun 13-də, bağlanış mərasimi isə 23-də baş tutacaq.

Oyunlarda Azərbaycan 11 idman növündə - avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, koreş, sambo, karate üzrə ümumilikdə 97 idmançı ilə təmsil olunacaq.

Chosen
148
3
azertag.az

4Sources