EN

5 nəfərə qarşı dələduzluq edən keçmiş məhkum hakim qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Əfəndiyev Əfruz Nazim oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.

"Unikal"ın məlumatına görə, məhkəməyə sədrlik edən hakim tərəfindən  təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işində 5 nəfər şəxs zərərçəkmiş qismində tanınıb. Həmçinin məlum olub ki, Əfruz Əfəndiyev əvvəllər də məhkumluq həyatı yaşayıb və məhkumluğu ödənilməyib. 

Məhkəmə prosesi 5 avqust tarixinə kimi təxirə salınıb. 

Azər İsrafilov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
96
unikal.az

1Sources