EN

Çexiyada qatarlar toqquşdu: 4 ölü, 26 yaralı

Çexiyadan Ukraynaya gedən və içində 300-dən çox sərnişin olan qatarın Pardubitse şəhərində yük qatarına çırpıldığını bildirib.

525.az xəbər verir ki, Çexiyanın Pardubitse şəhərində Ukraynaya gedən sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində 4 nəfərin öldüyü, ən azı 26 nəfərin yaralandığı açıqlanıb.

Qəza ötən gecə şəhərdən təxminən 60 km qərbdə, Praqadan ölkənin əsas dəmir yolu dəhlizinin bir hissəsi olan Pardubitsedə baş verib. Baş nazir Petr Fiala "X" sosial media platformasında başsağlığı verib və qəzanın böyük fəlakət olduğunu bildirib.

Qeyd edək ki, qəza ilə bağlı araşdırmalar davam edir.

Məhəmməd Tağıyev























Bizi Facebookda izləyin

Chosen
133
525.az

1Sources