EN

ABŞ abidəmizin bərpasına 175 min dollar ayırdı: Ermənilşdirilmiş Yerəruyk məbədi

Ermənilər dəm türk abidəsi olan Yerəruyk məbədini yenidən təmirə bağlayıblar.


Adalet.az xəbər verir ki, IV-V əsrlərə aid Yerəruyk bazilika məbədinin tikintisinə bir neçə aydır ki, başlanılıb.
Bu məlumatı erməni mediayası yayıb. Beləki, ABŞ-ın Ermənistandakı səfirinin Mədəni Dəyərlərin Qorunması Fondu məbədin bəzi hissələrində bərpa işlərinə, digər hissələrində isə gücləndirmə işlərinə 175 min dollar ayırıb.
Əvvəlcə kilsənin texniki vəziyyəti öyrənilib və bir qrup memar unikal bazilikanın daha da xarab olmasının və dağılmasının qarşısını almaq üçün həll yolları tapıb.
Beynəlxalq qrup işləyib və onun tərtib etdiyi layihə üzrə möhkəmləndirmə işləri aparılır.
İşlər oktyabrın 20-dək başa çatdırılmalıdır.
Yuxarıda qeyd etdiyimiz kimi , Yerəruyk məbədi – Qərbi Azərbaycanda (indiki Ermənistan respublikasıərazisində), Şörəyel mahalının Agin rayonu ərazisində, Arpaçayın sol sahilində qədim türk məbədidir.

Məbədin bütün yan divarları salamat qalmış, lakin tavanı, üçnefli zalın arakəsmələri və s. tikililər uçub dağılıb. Tədqiqatçılar yekdil olaraq məbədin bölgədə xristianlığın ilk çağlarına aid olması və onun IV – V yüzillərdə tikilməsi qənaətindədirlər.
Bildirilir ki, məbəd erkən orta əsrlər alban bazilikaları, xüsusilə Azərbaycan respublikasının Qax rayonu ərazisindəki Qum bazilikası ilə xeyli oxşar xüsusiyyətlərə malikdir. Yerəruyk monastırının yerləşdiyi ərazi tarixən türk boylarının anayurdu olub Şörəyel - Şirək – el adı da bu yerlərin qədim sakinləri olan şirak türk tayfasının adı ilə bağlıdır.

Məbədin yerləşdiyi əraziyə ermənilərin ilk kütləvi axını XIX yüzilin əvvəllərində bölgənin Çar Rusiyası tərəfindən işğalından sonra başlamışdır.

Abidə 25 avqust 1995-ci ildə Ermənistandakı xristian abidəsi kimi UNESCO-nun Ümumdünya İrsinin Sınaq Siyahısına salınıb.
Milli Məclisin Əmək və sosial müdafiə və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvü. Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin 1994-cü ildə işıq üzü görmüş "Qədim Türk-Oğuz yurdu - "Ermənistan" adlı kitabda Yerəruyk haqqında məlumat var.

 Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
135
adalet.az

1Sources