EN

Almaniya ordusu ehtiyatda olan əsgərlərin sayını artırır

Bundesver ehtiyatda olan əsgərlərinin sayını 60 min nəfərə çatdıracaq
Almaniya Müdafiə Nazirliyi silahlı qüvvələrin (Bundesver) ehtiyatda olan əsgərlərinin sayını 60 min nəfərə çatdıracaq. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Bundesverin baş müfəttişinin müavini Aleksandr Hoppe bildirib.
Onun sözlərinə görə, ehtiyatda olan hərbçilər “Soyuq müharibə” dövründə olduğu kimi təlim keçməli və silahlandırılmalı, onlara həm kişilər, həm də qadınlar daxil edilməlidir..
“Ehtiyat olmadan mümkün deyil. Biz bunu Ukraynada görürük. Bu hər kəsin ağlına gəlməlidir. Strukturlar elə olmalıdır ki, bu ehtiyat hissələri aktiv qüvvələrə inteqrasiya olunsun. Biz ehtiyatı real təhlükəsizlik siyasəti çağırışlarına uyğunlaşdırmalıyıq ki, o, Bundesverə milli və NATO müdafiə missiyalarını yerinə yetirməkdə lazımi dəstək verə bilsin”,  deyə Hoppe vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
ayna.az

1Sources