EN

“Sənsiz” yenidən səhnədə…

Uzun fasilədən sonra Xalq artisti Mehriban Zəki bu mövsüm Akademik Milli Dram Teatrında səhnəyə çıxıb.

Adalet.az bildirir ki,  aktrisa uzun zamandır  “Sənsiz” tamaşası ilə tamaşaçıların  görüşünə gəlir.

M.Zəki tamaşaya biletlərin hər dəfə sürətlə tükəndiyini paylaşıb. Belə ki, aktrisa biletlərin sadəcə bir gün satışda qaldığını vurğulayıb. O, növbəti tamaşanın biletlərinin də artıq satışda qalmadığını yazıb.

Qeyd edək ki, Şıxəli Qurbanovun eyniadlı dramı əsasında hazırlanan “Sənsiz” tamaşasında M.Zəki ilə yanaşı Əməkdar artist Fizuli Hüseynov da rol alır.


Əntiqə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
adalet.az

1Sources