10-16 iyun tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə milli idman növlərimizdən olan “Çövkən” üzrə ilk dəfə Dünya Çempionatı keçiriləcək. SİA xəbər verir ki, 6 gün davam edəcək çempionatda milli atlarımızın iştirakı ilə 10 komanda mübarizə aparacaq. Ev sahibi Azərbaycanla yanaşı, Almaniya, Qazaxıstan, Küveyt, Malta, Mərakeş, Nigeriya, Polşa, Türkiyə və Özbəkistan idmançıları kubok uğrunda qarşı-qarşıya gələcək.
Millimiz ənənəvi idman növündə uğurlu nəticəni hədəfləyir.
Mundialın açılış mərasimi iyunun 10-da saat 14:30-da Binə Atçılıq Mərkəzində başlayacaq.
Bağlanış mərasimi isə iyunun 16-da saat 16:30-da elə həmin məkanda baş tutacaq.