EN

İnfrastrukturTaleh Ziyadov: "Orta Dəhlizin "yaşıl dəhliz" olmasını təmin etmək üçün digər dövlətlərlə əməkdaşlıq vacibdir"

Xəzər regionunu mənfi təsirlərdən yayındırmaq üçün sahilyanı dövlətlər və Xəzər dənizinin ətrafındakı digər dövlətlərlə birgə işlər görülməlidir.

"Report" xəbər verir ki, bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov ADA Universitetində keçirilən Birinci "Xəzər Mavi Üfüqlər" tədbirinin açılış mərasimində deyib.

"Bakı Limanı Xəzər dənizinin sahilindədir. Süveyş kanalında baş verən hadisələri siz də müşahidə etdiniz. Bu, şərqlə qərb arasında olan ticarətə böyük təsir etdi və Xəzər dənizinin potensialını önə çıxardı. Bu səbəbdən Orta Dəhlizin davamlı və "yaşıl dəhliz" olmasını təmin etmək üçün digər dövlətlərlə əməkdaşlıq vacibdir. "Yaşıl" anlayışı barədə danışarkən qeyd etmək lazımdır ki, Azərbaycanda şirkətlərin əksəriyyəti bu təşəbbüsə daha əvvəl başlayıb. Avropa İttifaqı sayəsində 2016-cı ildə bu təşəbbüsü irəli sürdük. Bu təşəbbüsün məqsədlərindən biri Çindən Avropaya gedən hər bir konteynerin "yaşıl dəhliz"lə getməsini təmin etməkdir", - T. Ziyadov bildirib.

Xatırladaq ki, (Orta Dəhliz) Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.

2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
far.az

1Sources