EN

Putin Şimali Koreya və Vyetnama SƏFƏR EDƏCƏK

Rusiya Prezidenti Vladimir Putin yaxın həftələrdə Şimali Koreya və Vyetnama səfər edəcək.

 

Sfera.az bildirir ki, bu barədə “Vedomosti”yə diplomatik mənbə açıqlama verib.

 

Qeyd olunub ki, Vyetnama səfər iyun ayında, Şimali Koreyaya səfərdən dərhal sonra baş tuta bilər.  Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora bu istiqamətdə fəal iş aparıldığını təsdiqləyib.

 

Qeyd edək ki, Kommunist Partiyasının baş katibi Nquyen Phu Tronq Putini mart ayında Vyetnama səfərə dəvət edib. Rusiya lideri bu dəvəti qəbul edib. Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko nəşrə bildirib ki, səfərlərə hazırlıq yüksək mərhələdədir.

 

Bundan əvvəl prezidentin köməkçisi Yuri Uşakov Putinin iyulun 3-4-də Astanada keçiriləcək ŞƏT sammitində iştirak edəcəyini bildirib, həmçinin digər səfərlərin də planlaşdırıldığını qeyd edib.

 

Xatırladaq ki, Putin Şimali Koreyaya cəmi bir dəfə - 2000-ci ildə, Kim Çen In isə sonuncu dəfə 2023-cü ilin sentyabrında Rusiyaya səfər edib. Putin Vyetnama dörd dəfə, sonuncu dəfə 2017-ci ilin noyabrında səfər edib.

 

Günay 

Chosen
145
33
sfera.az

10Sources