EN

Təkrar sertikasiyadan kəsilən müəllimlərin nəzərinə: İyunun 13-dək ...

Bu gündən təkrar sertifikasiya imtahanında keçid balını toplamayan müəllimlərlə iş üzrə komissiyalar fəaliyyətə başlayıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən verilən məlumatda bildirilib.

Belə ki, keçid balını toplamayan müəllimlər imtahanda təqdim edilən suallarla bağlı müraciətlərini 10 iyun saat 10:00-dan portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər. 

Test imtahanında 60 baldan ən azı 30 bal toplamış müəllimlər müsahibə mərhələsinə buraxılırlar.

Qeyd edək ki, müraciətlər 13 iyun saat 11:00-a qədər qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
89
ucnoqta.az

1Sources