EN

WTA-nın yeni reytinqi: finalçı 7-ci yerə yüksəldi

Qadın Tennis Assosiasiyası (WTA) öz rəsmi saytında yeni reytinq cədvəlini açıqlayıb.

Siyahıda lider “Rolan Qarros”un qalibi olan polşalı tennisçi İqa Şvyontekdir. Amerikalı Kori Qauff belaruslu Arina Sabalenkanı qabaqlayaraq ikinci pilləyə yüksəlib. Fransa Açıq Çempionatının finalçısı Jasmin Paolininin irəliləyişini də qeyd etmək lazımdır. O, 15-ci yerdən 7-ci pilləyə yüksəlib.

10 iyun tarixinə yenilənmiş WTA reytinqi:

1 (1). İqa Şvyontek (Polşa) – 11,695 xal.

2 (3). Kori Qauff (ABŞ) – 7988.

3 (2). Arina Sabalenko (Belarus) – 7788.

4 (4). Yelena Rıbakina (Qazaxıstan) – 5973.

5 (5). Cessika Pequla (ABŞ) – 4625.

6 (6). Marketa Vondrouşova (Çexiya) – 4503.

7 (15). Jasmin Paolini (İtaliya) – 4068.

8 (8). Jeng Qingven (Çin) – 4005.

9 (7). Mariya Sakkari (Yunanıstan) – 3980.

10 (9). Ons Jaber (Tunis) – 3748.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
102
futbolinfo.az

1Sources