EN

"Azərbaycanda ehtiyat hissələri tapılmayan, 50 problemi çıxan Çin avtomobillərini ciddi ödəniş qarşılığında reklam edirlər"

Saxta Çin avtomobillərini reklam edən bloqerlərin hamısının azı 2-3 illik müqavilələri var. Ehtiyat hissələri tapılmayan, 50 problemi çıxan o avtomobilləri ciddi ödəniş və pulsuz avto qarşılığında reklam edirlər.

 

Pravda.az-ın xəbərinə görə, bunu ictimai fəal İlkin Rüstəmzadə bildirib.

 

"Əlbəttə, reklam da normaldır, pul qazanmaq da. Buna görə kimisə ittiham etmək, sovet təfəkkürüdür. Amma ictimai məsuliyyət də var axı. İnsanların pulunu zibilə tökəcək məhsulları reklam etmək ictimai əxlaq məsələsidir", - İ.Rüstəmzadə qeyd edib.

Tarix: 10 İyun 2024, 11:29   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
2
pravda.az

3Sources