EN

Bakı Fond Birjasında Kapital Bank istiqrazlarının ticarətinin açılış mərasimi olub

Bakı Fond Birjasında Kapital Bank istiqrazlarının ticarətinin açılış mərasimi olub.

FED.az xəbər verir ki, istiqrazların tədavül müddəti bir il, dərəcəsi illik 10 faiz, kupon ödənişi hər 30 gündən bir, nominal dəyəri 100 manatdır.

Anderrayter qismində “PAŞA Kapital” investisiya şirkəti çıxış edir.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Kapital Bank-ın aktivləri 8 milyard 659 milyon manata, öhdəlikləri 7 milyard 748 milyon manata, bankın kapitalı 911 milyon 289 min manata, nizamnamə kapitalı isə 265 milyon 85 min manata çatıb.

2023-cü ilin yekunlarına görə, bankın xalis mənfəəti 242 milyon 209 min manat təşkil edib.

Chosen
94
2
fed.az

3Sources