EN

Putinin Şimali Koreya və Vyetnama səfəri planlaşdırılır

Rusiya prezidenti Vladimir Putin yaxın həftələrdə Şimali Koreya və Vyetnama səfər edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə “Vedomosti” diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Putin böyük ehtimalla əvvəlcə Şimali Koreyaya səfər edəcək, sonra isə dərhal Vyetnama yollanacaq. Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora qeyd edib ki, Putinin Şimali Koreyaya səfəri üçün hazırlıqlar artıq başlayıb.

Kreml prezidentin şərq ölkələrinə xarici səfəri ilə bağlı məlumatı hələlik təsdiqləməyib.

 

Chosen
124
operativmedia.az

1Sources