EN

“Qarabağ”ın üzvü ehtiyatda qaldı, komandası qalib gəldi

AVRO-2024-də iştirak edəcək Gürcüstan yığması yoldaşlıq oyununa çıxıb. Matc.az xəbər verir ki, "Qarabağ" klubunun qapıçısı Luka Quqeşaşvilinin də şərəfini qoruduğu komanda Monteneqro ilə üz-üzə gəlib. Oyun gürcülərin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Quqeşaşvili bu oyunda iştirak etməyib. O, sonadək ehtiyatda qalıb. Qeyd edək ki, Gürcüstan yığması Avropa çempionatında Türkiyə, Portuqaliya və Çexiya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
matc.az

1Sources