EN

Hakimliyə qəbul imtahanında son 8 ilin rekord göstərici qeydə alındı

Hakimlərin Seçki Komitəsi tərəfindən vakant hakim ştatlarının komplektləşdirilməsi məqsədilə hakimliyə namizədlərin seçim prosesi davam etdirilir.

E-huquq.az xəbər verir ki, 2024-cü il 09 iyun tarixində 363 nəfər hakimliyə namizədlə Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, media təmsilçilərinin iştirakı ilə növbəti test imtahanı keçirilib.

Bu imtahanda namizədlərin sayı diqqət çəkib. Belə ki, sonuncu dəfə 2016-cı ildə bu göstəricindən artıq sayda namizəd imtahan verib. Bu müddətdən sonra isə namizədlərin sayı 300-dən az olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
95
1
e-huquq.az

2Sources