EN

Hazırlıqlar başladı: Putin bu iki ölkəyə səfər edəcək

Rusiya prezidenti Vladimir Putin növbəti həftələrdə ardıcıl olaraq Şimali Koreya və Vyetnama səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Vedomosti” yazıb.

Nəşrin diplomatik dairələrdəki mənbəsi aydınlaşdırıb ki, Rusiya liderinin Vyetnama səfəri iyunda və çox güman ki, KXDR-ə səfərindən dərhal sonra baş tuta bilər. Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora qəzetə Putinin Şimali Koreyaya səfərinin fəal şəkildə hazırlandığını təsdiqləyib.

Kreml prezidentin mümkün xarici səfəri ilə bağlı məlumatı hələlik təsdiqləməyib.

Chosen
127
publika.az

1Sources