EN

Avropanın daha bir ölkəsi qəbiristanlıqları günəş enerjisi sahələrinə çevirir

Avropanın daha bir ölkəsi qəbiristanlıqları günəş enerjisi sahələrinə çevirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İspaniyanın Valensiya şəhərindəki qəbiristanlıqlar yaşıl enerji mərkəzlərinə çevirilir.

Məlumata görə, artıq məzarlıqlara minlərlə günəş paneli quraşdırılır: "Bura "Requiem in Power" layihəsi çərçivəsində təxminən 2,8 MVt elektrik enerjisi istehsal etmək gücünə malik İspaniyanın ən böyük şəhəri olacaq.  Layihənin təfərrüatlarını əks etdirən Avropa Birliyinin məlumat hesabatına görə, Valensiyadakı qəbiristanlıqlara təxminən 7000 fotovoltaik panel quraşdırılıb. Buralar təmiz enerji istehsalı üçün çox geniş və əlverişlidir. Burada istehsal olunan enerji həm ictimai xidmətlərdə, həm də şəhər sakinlərinin evlərində istifadə olunacaq. Hesablamalara görə, layihə tam işə düşdükdən sonra  hər il 140 tona qədər karbon emissiyasının qarşısı da alınacaq".

Samir Musayev

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
mia.az

1Sources