EN

Sürücü də narazı, sərnişin də: Taksilərlə bağlı yeniliklər əks-effekt verir? - VİDEO

Sürücü də narazı, sərnişin də: Taksilərlə bağlı yeniliklər əks-effekt verir? - VİDEO

Pik saatlarda taksi tapmaq az qala lotoreya uduşudur. Onun bahalaşması isə ayrı dərddir. Taksi gözləyən insanların narazılığı isə üzlərindən oxunur. Bu onlar üçün həm maddi, həm də mənəvi sınağa çevrilib.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "İTV Xəbər Yekun" vətəndaşlar arasında sorğu keçirib:

"Əvvəllər taksinin qiyməti 2 manat 50 qəpik idisə, indi 4 manat və ondan yuxarıdır. Bu baxımdan qiymətlərdə narazılıq var. Məsələn Memar Əcəmi metrosunun yanından Məhəmməd Əmin Rəsulzadə qəsəbəsinə getmək istəyirik. Əvvəllər bu məsafə üzrə gediş haqqı 2 manat 50 qəpik idi. İndi isə 4 manata qədər qalxıb".

Sürücülər də gediş haqqının qaldığını təsdiqləyirlər:

"Qanuna görə, mən 50 min manat verib maşın almalıyam. Mən o pulu haradan tapım ki, gedib özümə maşın alım. Maşını alsam əvvəllər 3 manata getdiyim yolu 15 manata getməliyəm. O da bizim kasıb təbəqənin "cibi"nə təsir edir. 2007-ə qədər olan "Prius"lar və köhnə maşınların taksi fəaliyyəti ilə məşğul olmağa qoymurlar. Proqramlar artıq qəbul etmir. Ona görə də taksilər azalıb. Taksilər az olduğuna görə sifarişdə çoxdur. Yerdə qalan taksilər çatdıra bilmir və qiymətlər bununla ilə əlaqədar qalxıb".

Hər iki tərəf çətinlik içərisindədir. Sərnişinlər taksi gözləyir, sürücülər isə vaxtında gəlmir. Bəs bu vəziyyətin yaranmasına nə təsir etdi?

Ətraflı "İtv Xəbər Yekun"un süjetində:

Chosen
144
sonxeber.az

1Sources