EN

Maşın işıq dirəyinə çırpıldı: ölən var

Goranboy rayonunun Yeni Yol kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Axar.az xəbər verir ki, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Əhməd Muxtar oğlu Seyidovun idarə etdiyi "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Nəticədə sürücü aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
117
7
axar.az

10Sources