EN

İran BRİCS-in XİN başçılarının toplantısında ilk dəfə tamhüquqlu üzv kimi iştirak edəcək

İran ilk dəfə olaraq BRİCS-in tamhüquqlu üzvü kimi assosiasiyanın xarici işlər nazirlərinin iyunun 10-dan 11-dək Nijni Novqorodda keçiriləcək iclasında iştirak edəcək, respublikanı xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani təmsil edəcək.

"Report"un məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi xəbər yayıb.

“Xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri BRİCS xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün Tehrandan təyyarə ilə Rusiyanın Nijni Novqorod şəhərinə uçub”, - İran Xarici İşlər Nazirliyinin teleqram kanalında yayılan məlumatda deyilir.

Qeyd edilir ki, “bu, 2024-cü ildə İran İslam Respublikasının qrupa üzv olmasından sonra BRİCS xarici işlər nazirlərinin ilk görüşüdür”. Baqiri Kani görüşdə iştirak edən ölkələrin xarici işlər nazirləri ilə danışıqlar aparmağı planlaşdırır.

Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrovun sədrliyi ilə keçirilən görüş Nijni Novqorodda başlayacaq.

Mənbə: report.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
95
2
report.az

3Sources