![Tubasda](/uploads/posts/2024-06/tubas.png)
Yaxın Şərqdə vəziyyət kəskin olaraq qalmaqdadır.
Reyting.az-ın xəbərinə görə, Qətərin “Əl-Cəzirə” telekanalının yaydığı məlumatda deyilir ki, Fələstin müqavimət döyüşçüləri İordan çayının qərb sahilinin şimal-şərqindəki Tubas şəhərində İsrail Müdafiə Qüvvələri ilə toqquşub.
Qeyd olunur ki, yerli müqavimət hərəkatının üzvləri kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə etməklə İsrail ordusunun şəhərə hücumunu dəf edir.
ELÇİN