EN

Fələstinin Rusiyadakı səfiri ABŞ-ın Qəzza müharibəsindəki rolundan danışıb

Fələstinin Rusiyadakı səfiri ABŞ-ın Qəzza müharibəsindəki roluna münasibət bildirib.

APA xəbər verir ki, Fələstinin Rusiyadakı səfiri Abdul Hafiz Nofəl bildirib ki, artıq müharibənin doqquzuncu ayıdır və belə məlum olur ki, rəsmi Vaşinqton Qəzzada axan qanı durdurmaq istəmir.

“Biz Qəzza zolağında döyüşlərin doqquzuncu ayıdayıq və İsrail üzərində ABŞ kimi tam və mütləq təsirə malik başqa heç bir ölkə yoxdur. Təsəvvür edin ki, hər hansı başqa ölkədə belə bir müharibə aparılsa, bütün dünya təşvişə düşərdi. Vəhşiliklər təkcə Rəfahda deyil, bütün anklavda davam edir”- deyə diplomat bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
79
2
apa.az

3Sources