EN

Bu döyüşün yeni tarixi açıqlandı

Ceyk Pol və Mayk Tayson arasında keçiriləcək döyüşün yeni tarixi müəyyənləşib. SİA xəbər verir ki, jurnalist Ariel Helvani məlumat verib ki, bloger noyabrın 15-də əfsanəvi boksçu ilə görüşəcək. 27 yaşlı Pol və 57 yaşlı Tayson planlaşdırıldığı kimi, Arlinqtondakı (Texas, ABŞ) AT&T Stadiumunda döyüşəcək. Döyüş keçən həftə “Dəmir Mayk”ın səhhəti ilə əlaqədar olaraq təxirə salınmışdı. Əfsanə Mayamidən Los-Ancelesə uçarkən xorasının şiddətlənməsi səbəbindən xəstələnib.

Komandasının bir üzvü sonradan Taysonun “yaxşı olduğunu” iddia etdi, lakin həkimlər onu döyüşə yararsız hesab etdilər.

Chosen
146
1
sia.az

2Sources