EN

Ermənistan polisi aksiya iştirakçılarına xüsusi vasitələrdən istifadə etməyə hazırdır

"Sizin hərəkətləriniz qanunsuzdur. Polis xüsusi vasitələrdən istifadə etməyə hazırdır. Biz qadınlardan gərginlik zonasını tərk etmələrini xahiş edirik".

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu fikirlər Ermənistan polisinin “Vətən uğrunda Tavuş” hərəkatının hökumət əleyhinə aksiyasının iştirakçılarına müraciətində qeyd edilib.

Məlumata görə, müraciət etirazçılarla polis arasında atışmadan sonra yayılıb.

Bildirilir ki, qısa bir aktivlik və bir qədər atışmadan sonra vəziyyət sakitləşib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
149
ikisahil.az

1Sources