EN

Dəhşətli istilər məşhur biznesmenin telefonunu məhv etdi

Dubayda müşahidə olunan kəskin istilər iş adamı Pavel Durovun telefonunu məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Teleqramın yaradıcısı Pavel Durov öz kanalında məlumat yayıb.

Durov yanan smartfonun fotosunu paylaşıb.

Fotodan məlum olub ki, milyarder Samsung Galaxy A52 modelindən istifadə edib. O, əlavə edib ki, iki il əvvəl telefonu cəmi 180 dollara alıb. Durovun Samsung istifadə etməsinin səbəbi teleqraf istifadəçiləri arasında bu telefonun populyar olmasıdır, bununla o, istifadəçilərini daha yaxşı tanımağa çalışıb.

Qeyd edək ki, Durovun Teleqram kanalında 2,5 milyondan çox izləyicisi var. Bir saatdan az müddətdə yeni paylaşım 250 mindən çox baxış və on minlərlə reaksiya toplayıb.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
109
teleqraf.com

1Sources