Yazını böyüt
Yazını kiçilt
Bakı metrosunun "Koroğlu" stansiyasında hadisə baş verib.
Bakı Metropoliteni” QSC-də hafta.az-a bildirilib ki, qatardan düşərək "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis hiss etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb.
Dərhal təcili tibbi yardım xidməti çağırılıb. 45-50 yaş aralığında olan sərnişin, təəssüf ki, az sonra dünyasını dəyişib. Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib.