EN

Naxçıvan şəhərində avtomobillər toqquşub, xəsarət alanlar var - FOTO

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Naxçıvan Sağlamlıq Mərkəzinin yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1937-ci il təvəllüdlü Quliyeva Həcər Həşim qızı və 1961-ci il təvəllüdlü Fəziyeva Hüsniyyə Həzi qızı ciddi xəsarət alıb. Zərərçəkmişlər dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Chosen
119
29
avtosfer.az

10Sources