EN

Metroda ölüm hadisəsi baş verib » AzadMedia.az


Metroda ölüm hadisəsi baş verib. Faktı "Bakı Metropoliteni"ndən təsdiqləyiblər. Azadmedia.az-a daxil olan məlumata görə qatardan düşərək "Koroğlu" stansiyasını tərk edən kişi sərnişin özünü pis etdiyindən yuxarı vestibüldə əməkdaşa yaxınlaşıb.
Dərhal təcili tibbi yardım xidməti çağırılıb. Zahiri görkəminə görə, 45-50 yaş aralığında olan sərnişin, təəssüf ki, az sonra dünyasını dəyişib. Stansiyaya gəlmiş tibbi yardım personalı ölüm faktını təsdiq edib.
Allah rəhmət eləsin!
Chosen
94
2
azadmedia.az

10Sources