EN

Elmdə ilk: Sağalmayan yaraları viruslarla müalicə etdilər

Elmdə ilk: Sağalmayan yaraları viruslarla müalicə etdilər

Qüdsdəki İvrit Universitetinin alimləri heyvanlarda antibiotiklərə davamlı infeksiyaların müalicəsində irəliləyiş olduğunu elan ediblər.

Onlar pişiyi əməliyyatdan sonrakı yaraların sağalmasına mane olan və dərmanlara davamlı "Pseudomonas aeruginosa" bakteriyasından xilas edə biliblər.

Pişik hündürlükdən yıxılma nəticəsində əməliyyat olunub. Beş yaşlı siam pişiyi mikroorqanizmləri məhv edən spesifik bakteriofaq virusların köməyi ilə sağalıb. Onun pəncəsindəki yara 14 həftə ərzində tam müalicə olunub.

Alimlərin fikrincə, bu, heyvanlar üçün xilas ola bilər, çünki antibiotiklərə davamlı superbakteriyalar əməliyyatdan sonra ev heyvanlarının 8,5%-də müşahidə olunur.(oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
89
1
sonxeber.az

2Sources