EN

Şəmkirdə bir fermada eyni gündə 36 baş inək necə öldü? - TƏFƏRRÜATLARVİDEO

Şəmkirdə fermada 36 baş iribuynuzlu heyvan bir günün içində ölüb.

Xezerxeber.az-ın xəbərinə görə, təsərrüfat sahibi iddia edir ki, hadisə heyvanlar dərmanlandıqdan sonra baş verib.

Heyvandarlıqla məşğul olanlardan bəziləri isə vurulmuş məhlulun keyfiyyətindən şübhələnirlər.

Hadisədən dərhal sonra Qida Təhlükəsizliyi Agentliyi və Baytarlıq Xidmətinin yerli bölmələrinə məlumat verilib.

Heyvanların tələf olmasının əsl səbəbi AQTA tərəfindən götürülmüş nümunələrin laborator müayinələrinin nəticələri elan olunduqdan sonra bilinəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
94
1
xezerxeber.az

2Sources