EN

Müharibədə ilk: Ukrayna qırıcısı Rusiya ərazisini vurdu

Müharibə zamanı ilk dəfə olaraq Ukrayna hərbi aviasiyası Rusiya ərazisindəki hədəfi vurub.

Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb.

"Zərərin qiymətləndirilməsi hələ də aparılsa da, birbaşa zərbə artıq təsdiqlənib", - deyə bildirilib.

Zərbə zamanı hansı növ sursatdan istifadə olunduğu, yəni onun Qərb silahı olub-olmadığı hələ aydın deyil.

Qeyd edilir ki, Belqorodda Rusiya komanda mərkəzinin vurulduğu istisna edilmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
101
7
axar.az

8Sources