EN

İsrail “Əl-Cəzirə”nin ölkədə yayımına qadağanın müddətini 45 gün uzatdi

İsraildə Qətərin "Əl-Cəzirə" telekanalının yayımının qadağan edilməsi və ofislərinin bağlanılması barədə qərarın müddəti 45 gün uzadılıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə “Ynet” portalı məlumat yayıb.

İsrailin rabitə naziri Şlomo Karhinin bu barədə qərarı İsrail Nazirlər Kabineti tərəfindən yekdilliklə təsdiqlənib.

Qeyd edək ki, İsraildə “Əl-Cəzirə" telekanalının yayımının qadağan edilməsi və ofislərinin bağlanılması barədə qərarın müddəti iyunun 10-da başa çatmalı idi.

Chosen
101
2
redaktor.az

3Sources