EN

Lavrovdan Fransaya ittiham: “Yalan danışırlar”

“Paris Ukraynada təlimatçılarının olmadığını bəyan edərək aldadır”
“Paris Ukraynada fransız təlimatçılarının olmamasından danışanda aldadır”. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Qeyd edək ki, Fransanın Baş naziri Qabriel Attal bildirmişdi ki, Ukraynada fransız təlimatçı yoxdur.
“Bu, doğru deyil və onlar bunu bilirlər. Yalan danışırlar”, - Lavrov deyib.
Nazir təklif edib ki, bu yolla Qərb tədricən ictimaiyyəti Ukraynaya əsgər göndərmək fikrinə alışdırır: “Sabah daha bir addım, o biri gün daha bir addım atılacaq”.
“Moskva bu planın üstünü açıb və Rusiyaya qarşı aparılan müharibədə Qərbin rolunu görür”, deyə Rusiya XİN başçısı fikrini yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
ayna.az

1Sources