EN

İsrail “Əl-Cəzirə”nin ölkədə yayımına qadağanın müddətini 45 gün uzadıb

İsraildə Qətərin "Əl-Cəzirə" telekanalının yayımının qadağan edilməsi və ofislərinin bağlanılması barədə qərarın müddəti 45 gün uzadılıb.

Bu barədə “Ynet” portalı məlumat yayıb.

İsrailin rabitə naziri Şlomo Karhinin bu barədə qərarı İsrail Nazirlər Kabineti tərəfindən yekdilliklə təsdiqlənib.

Qeyd edək ki, İsraildə “Əl-Cəzirə" telekanalının yayımının qadağan edilməsi və ofislərinin bağlanılması barədə qərarın müddəti iyunun 10-da başa çatmalı idi.

"Cebhe.info"

Chosen
123
2
cebheinfo.az

3Sources