EN

La Liqada yeni mövsümün başlayacağı tarix müəyyənləşib

İspaniya La Liqasının prezidenti Xavyer Tebas yeni mövsümün nə vaxt başlayacağını deyib. Sport24.az yerli mediaya istinadən xəbər verir ki, Tebas La Liqada ilk turun avqustun 16-18-də keçiriləcəyini bildirib:
 
"İspaniya çempionatının ilk turu 16-18 avqustda baş tutacaq. İndi təqvim üçün püşk atmalıyıq və kimin harada oynayacağını bilməliyik. Bunu mümkün qədər tez etməyə çalışacağıq".
 
Qeyd edək ki, ötən mövsüm "Real" İspaniya çempionu olub. "Barselona" ikinci pillədə (85), "Jirona" isə üçüncü yerdə (81) qərarlaşıb.

Chosen
126
3
sport24.az

4Sources