EN

Husilər Britaniyanın "HMS Diamond" esminesinə hücum təşkil ediblər

Husilər Britaniyanın "HMS Diamond" esminesinə hücum təşkil ediblər

Yəmənin üsyançı Ənsar Allah hərəkatına mənsub husilər Qırmızı dənizdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "HMS Diamond" esminesinə ballistik raket zərbələri endirib. Bunu husilərin sözçüsü Yəhya Sariya deyib: “Yəmənin raket qüvvələri bir neçə ballistik raketdən istifadə etməklə Qırmızı dənizdə Britaniyanın “HMS Diamond” esminesinə qarşı əməliyyat keçirib”. Sarianın sözlərinə görə, birbaşa zərbə qeydə alınıb.Hərəkat həmçinin Ərəb dənizində "Norderney" və "MSC Tavvishi" ticarət gəmilərinə pilotsuz təyyarələrlə, ballistik və gəmi əleyhinə raket hücumları həyata keçirib. Bəyanatda qeyd edilir ki, hücuma məruz qalan gəmilər işğal olunmuş Fələstinin limanlarına keçid qadağasını pozan şirkətlərə məxsusdur. Zərbələr nəticəsində "Norderney" gəmisində yanğın başlayıb.Husilər bildiriblər ki, hücumlar iyunun 8-də Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat fələstinli qaçqın düşərgəsində İsrailin hərəkətlərinə cavab olaraq həyata keçirilib. Bu gün İsrail ordusunun mətbuat xidməti Nuseyrat bölgəsində xüsusi əməliyyat keçirildiyini elan edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
99
afn.az

1Sources